Sabah 23 minə yaxın şagird buraxılış imtahanı verəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah 23 minə yaxın şagird buraxılış imtahanı verəcək

Sosial

04 Mart 2022 11:17 1166


Dövlət İmtahan Mərkəzi martın 5-də və 6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Yenisabah.az xəbər verir ki, martın 5-də keçiriləcək imtahanlarda 22 min 902, martın 6-da keçiriləcək imtahanlarda isə 24 min 824 nəfər olmaqla, ümumilikdə 47 min 726 şagirdin iştirakı nəzərdə tutulur.

İki gün ərzində respublikanın 30 şəhər və rayonunda təşkil olunacaq imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. pizza mizza

İmtahanlarda 17 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!