Sabah 27 dərəcə isti olacaq - Yay qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Sabah 27 dərəcə isti olacaq - Yay qayıdır

Sosial

08 Noyabr 2023 12:27 681


Bakıda və Abşeron yarımadasında noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.  Pepperoni pizza

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!