Sabah 27 min şagird buraxılış imtahanı verəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah 27 min şagird buraxılış imtahanı verəcək

Sosial

11 Mart 2022 10:42 409


Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Sabunçu, Səbail, Nəsimi rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad və Xaçmaz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

DİM-dən Yenisabah.az-a bildirilib ki, martın 12-də keçiriləcək imtahanlarda 26 min 697 şagirdin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Marqarita pizza

Nəzrin Vahid 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!