Sabah 35 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 35 dərəcə isti olacaq

Sosial

06 İyun 2022 12:40 918


İyunun 7-də gölənilən hava şəraiti açqılanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yagmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi  gündüz arabir güclənəcək. Toyuqlu pizza

Havanın temperaturu gecə 18-22° isti, gündüz  25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz  27-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755  mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-60  % olacaq.

Azərbaycanın rayonlarında

Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  30-35° isti, dağlarda gecə  8-13° isti,  gündüz  18-23° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!