Sabah 36 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 36 dərəcə isti olacaq

Sosial

01 İyun 2022 12:51 705


Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Pepperoni pizza

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!