Sabah 42 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 42 dərəcə isti olacaq

Sosial

05 Avqust 2021 12:31 988


Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  pizza mizza

Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. 

Atmosfer təzyiqi  757 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  60-65 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti     

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  pizza mizza

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 06-da  Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. 

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°  isti, gündüz 36-41°, 

bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  25-30° isti olacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!