Sabah 8 dərəcə şaxta olacaq, bu ərazilər buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 8 dərəcə şaxta olacaq, bu ərazilər buz bağlayacaq

Sosial

06 Yanvar 2024 12:31 1311


Bakıda və Abşeron yarımadasında yanvarın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-80 % olacaq. Pepperoni pizza

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!