Sabah Bakıda leysan yağacaq - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda leysan yağacaq - HAVA PROQNOZU

Sosial

08 Noyabr 2024 12:49 12675


Milli Hidrometeorologiya Xidməti noyabrın 9-da gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!