Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

Sosial

20 Dekabr 2023 23:49 2652


Çənlibel QTM-dən qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən 21.12.2023-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun M. Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ. Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!