Sabah bu ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu ərazilərdə qaz olmayacaq

Sosial

07 Aprel 2025 19:10 206


Aprelin 8-də Abşeron rayonu, Novxanı ərazisinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq. pizza sifarişi

"Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!