Sabah bu rayonlara yağış yağacaq, leysan olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu rayonlara yağış yağacaq, leysan olacaq

Sosial

10 Noyabr 2023 14:44 780


Noyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq.

Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  pizza mizza

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 7-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!