Sabah da Bakıda qar, külək, 5 dərəcə şaxta - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah da Bakıda qar, külək, 5 dərəcə şaxta - HAVA PROQNOZU

Sosial

21 Fevral 2025 12:33 1376


Milli Hidrometeorologiya Xidmət fevralın 22-də gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz saatlarında yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə və gündüz 70-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi bölgələrdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!