Sabah da hava yağıntılı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah da hava yağıntılı olacaq

Sosial

16 Fevral 2024 12:39 648


Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Toyuqlu pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!