Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

03 Mart 2022 13:06 302


Bakıda və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Dominos pizza

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!