İntensiv qar yağacaq -   SABAHIN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

İntensiv qar yağacaq - SABAHIN HAVASI

Sosial

02 Fevral 2026 13:02 32500


Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologoya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Sezar pizza

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hər kim
    Biraz mənliyiniz olsun camaatı dolamıyın bu başlıqlarla.!
    3 months ago
  • Hafiz
    Çox yalançı və. Başlıqlar da maraq yaradan xəbər qoyursunuz insanların sinirləriylə oynamayın dağlıq yerlərdə qar yagacaqsa yazinki dağlıq rayonların hava proqnozu yoxsa yagmiyacaqv. Ərazilərə başlıq qoymayin
    3 months ago
  • ŞİRİN
    Çox səviyyəsiz və yalan məlumatlar qoyursunuz heç bir xəbər haqqında qanuna uyğun gəlmir xəbərləriniz bu dövlət hara baxır
    3 months ago