Sabah hava necə olacaq? - Yağış, qar gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq? - Yağış, qar gözlənilir

Sosial

23 Mart 2022 13:26 597



Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir  yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.  Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 1-3° isti, gündüz  6°-dək isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi  770  mm civə sütunundan 760  mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz  0-5° şaxta olacaq.    Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!