Sabah hava yağıntılı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava yağıntılı olacaq

Sosial

14 Mart 2022 12:58 391


Bakıda və Abşeron yarımadasında martın 15-də havanın arabir yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Dördpendirli pizza

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!