Sabah Neftçalada qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Neftçalada qaz olmayacaq

Sosial

14 Noyabr 2023 16:44 533


Sabah Neftçala rayonunun qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Ələt-Astara avtomobil yolunun Yenikənd-Biləsuvar hissəsinin genişləndirilməsi məqsədilə tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz kəməri qolu”nun 20-ci km-də yerləşən yol keçidi hissəsinin yenidən qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədar noyabrın 15-də saat 08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır. Toyuqlu pizza

Təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!