Sabah paytaxtın bu ərazisində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah paytaxtın bu ərazisində qaz olmayacaq

Sosial

12 Mart 2024 18:46 689


Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Qaraçuxur” qaz paylayıcı stansiyasında (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Dördpendirli pizza

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!