Sabah qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah qar yağacaq

Sosial

17 Mart 2022 12:46 583


Bakıda və Abşeron yarımadasında martın 18-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. pizza mizza

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!