Sabahdan 1-ci siniflərə qəbul başlayır

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan 1-ci siniflərə qəbul başlayır

Sosial

03 May 2022 12:29 642


Sabahdan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır. 

Bu barədə Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumatda bildirilib.

Belə ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Toyuqlu pizza

Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan başlanılacaq. Bu tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.

Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!