Sabahdan Bakıda bu yollar tam bağlanır –   Sürücülərə vacib xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Bakıda bu yollar tam bağlanır – Sürücülərə vacib xəbərdarlıq

Sosial

06 Avqust 2026 19:58 116


Həsən Əliyev küçəsi – "Koroğlu" metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində eləcə də Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Pepperoni pizza

"Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!