Sabahdan Bakıda bütün yollarda hərəkət bərpa olunacaq 
07 İyn 2021 21:32
3169

Sabahdan Bakıda bütün yollarda hərəkət bərpa olunacaq 

İyunun 8-də səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

Bu barədə “Yeni Sabah”a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir: "Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər