Sabahdan hava şəraiti dəyişəcək - Əhaliyə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan hava şəraiti dəyişəcək - Əhaliyə XƏBƏRDARLIQ

Sosial

06 Noyabr 2023 17:00 658


Bakıda və Abşeron yarımadasında noyabrın 7-də şimal-qərb küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında noyabrın 7-si axşamdan 8-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Dağlıq Şirvan, Quba-Qusar) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Pepperoni pizza

Qərb küləyi arabir 15-20 m/s, noyabrın 7-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də, (Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay çaylarından) qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!