Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

17 May 2022 12:37 599


Milli Hidrometeorologiya Xidməti mayın 18-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəzlənəcək. 

Havanın temperaturu gecə 12-15° isti, gündüz  20-24° isti, Bakıda gecə 12-14° isti, gündüz  22-24° isti olacaq. Sezar pizza

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760  mm civə sütununa enəcək. 

Nisbi rütubət 60-65 % olacaq.

Sabah. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!