Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq

Sosial

03 Fevral 2022 13:14 790


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı  ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən xəbərə görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə  3-5° isti, gündüz 12-14° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununda 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70  % olacaq. pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz  14-19° isti, dağlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 04-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü  gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün  əsasən  əlverişlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!