Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq, dolu düşəcək...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı: Yağış yağacaq, dolu düşəcək...

Sosial

14 Avqust 2021 11:56 3349


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu gecə 25-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq. 

Atmosfer təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq. pizza hut

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Şimal-şərq küləyi əsəcək  

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 15-də  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°  isti, gündüz 35-40°  isti, dağlarda gecə 15-20° isti, gündüz  25-30° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!