Sabahın hava PROQNOZU: Külək, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava PROQNOZU: Külək, yağış...

Sosial

09 Dekabr 2023 12:56 561


Sabaha gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Pepperoni pizza

Havanın temperaturu gecə 5-10°, gündüz 11-14° olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° isti, gündüz 2-7° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!