Sabahın hava proqnozu: Rayonlara yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Rayonlara yağış yağacaq

Sosial

15 Avqust 2021 11:45 4835


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək  

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu gecə 24-27° isti, gündüz 33-37° isti, Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq.  Atmosfer təzyiqi  759 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti      Pepperoni pizza

Şimal-şərq küləyi əsəcək  

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 16-da  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25°  isti, gündüz 34-39°  isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!