Sabahın havası: 17 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: 17 dərəcə isti olacaq

Sosial

03 Noyabr 2021 12:33 731


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Dördpendirli pizza

Atmosfer təzyiqi 766 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 04-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!