16 Avqust - 04:19
Sabahın havası: 40 dərəcə isti olacaq 

Sabahın havası: 40 dərəcə isti olacaq 

Sosial

03 İyul 2022 12:33 785


Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 3-ü gündüz saatlarınadək davam edəcəyi, iyulun 4-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə iyulun 5-dək əsasən şimal və qərb rayonlarında davam edəcək. 

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasında 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!