Sabahın havası: Duman, külək, 25 dərəcə isti...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Duman, külək, 25 dərəcə isti...

Sosial

11 Mart 2023 12:01 724


Milli Hidrometeorologiya Xidməti martın 12-də gözlənilən hava şəraitinə dair proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz  13-18°  isti olacaq.

 Atmosfer təzyiqi  761  mm civə sütunundan 758 mm civə sütununa enəcək. pizza hut

Nisbi rütubət  60-70 % olacaq. 

SAbah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz  9-14° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!