Sabahın HAVASI: Duman, külək, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın HAVASI: Duman, külək, yağış...

Sosial

03 Mart 2023 13:50 643


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.  Dördpendirli pizza

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!