Sabahın havası - Külək, leysan dolu...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası - Külək, leysan dolu...

Sosial

08 Sentyabr 2023 13:02 446


Sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!