Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki,
Dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Əlağa İsmayılovun Ukraynada, Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.
Təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
Telegram kanalımız