Yevlaxın Kövər kəndi ərazisində qəza qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız