Sabahın havası - Şimşək çaxacaq, yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası - Şimşək çaxacaq, yağış yağacaq

Sosial

06 Oktyabr 2022 12:46 849


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-17° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!