“Sabah”ın qələbəsi dünya mətbuatında

saytların hazırlanması

Evə çatdırılma

“Sabah”ın qələbəsi dünya mətbuatında

İdman

14 Oktyabr 2026 21:15 91


Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın "Slaviya" (Praqa) klubu üzərində qazandığı 2:0 hesablı möhtəşəm qələbə beynəlxalq idman mətbuatının diqqət mərkəzinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan tarixi matçda Kahim Parris və Coy-Lens Mikelsin vurduğu qollar dünya idman mediasında geniş əks-səda doğurub. Beynəlxalq nəşrlər 2017-ci ildə təsis olunmuş gənc klubun Çempionlar Liqasındakı bu inamlı debütünü və ilk 3 xalını Azərbaycan futbolunun növbəti böyük uğuru kimi qiymətləndiriblər.

Xarici KİV-lər, xüsusilə "beIN SPORTS" və Avropanın aparıcı idman portalları matçın gedişatını təhlil edərək Valdas Dambrauskasın yetirmələrinin taktiki intizamını və hücum xəttindəki kəsərli oyununu xüsusi vurğulayıblar. pizza hut

Məqalələrdə "Sabah"ın güclü rəqib qarşısında göstərdiyi iradəli mübarizə yüksək qiymətləndirilib və bu qələbənin Azərbaycanın UEFA reytinqindəki mövqeyini də yaxşılaşdırdığı diqqətə çatdırılıb. Dunya mətbuatı Bakı klubunun bu sensasion qələbə ilə Avropa arenasındakı iddialı yürüşünü rəsmən elan etdiyini yazır

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!