Çinin keçmiş ədliyyə naziri Fu Cinghua "rüşvətxorluq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə"ittihamı ilə mühakimə olunduğu iş üzrə edam cəzasına məhkum edilib.
Yenisabah.az xəbər verir ki, Mərkəzi Jilin əyalətinin Çançun şəhərindəki Aralıq Xalq Məhkəməsində baxılan işdə Fu Ədliyyə naziri vəzifəsində çalışarkən özü və qohumları vasitəsilə 117 milyon yuan (təxminən 14,9 milyon dollar) rüşvət almaqda ittiham olunub.
"Rüşvətxorluq" və "vəzifə səlahiyyətlərindən sui-istifadə"də təqsirli bilinən sabiq nazir və polis rəisi iki il müddətinə azadlıqdan məhrum edilməklə edam cəzasına məhkum edilib.
Telegram kanalımız