ŞAD XƏBƏR: Bu şəxslərə sosial müavinət veriləcək 

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR: Bu şəxslərə sosial müavinət veriləcək 

Sosial

05 Aprel 2024 16:49 45125


"Əmək pensiyaları haqqında" qanun layihəsinin 8.1-ci maddəsində 5 və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni 5 il daha tez pensiyaya çıxa biləcək. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 4.0.1.13-cü maddəsində isə bu güzəştlər 5-dən çox övladı olan analara şamil olunur: 

“Yəni 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, “Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsinə uyğun olaraq, “Sosial müavinətlər haqqında qanunda da “5 və 5-dən çox övladı olan analar” sözü əksini tapsın”. 

Sözügedən təklifi Yenisabah.az-a Vüqar Bayramovun özü şərh edib. Deputat bildirib ki, təklifə əsasən, 5 və daha çox uşağı olan ailələrə pensiya ilə yanaşı, müavinət də verilsin:  pizza sifarişi

“Təklif bundan ibarətdir ki, həmin ailələrdə pensiya və güzəştlər tətbiq olunduğu kimi, eyni zamanda onlar sosial müavinət də alsınlar. Yəni həmin ailələrə uşaqların sayından asılı olaraq dəstək olsun və uşaqlara görə həmin ailələrə vəsait ödənilsin”. 

Deputat qeyd edib ki, bu təklif “Sosial müavinətlər haqqında” qanunda dəyişikliklə qəbul oluna bilər: 

Bu gün qanunvericiliyə əsasən, 5 və daha çox uşağı ailələrdə analar, əgər ana dünyasını dəyişibsə atalar 5 il daha tez pensiyaya çıxa bilirlər. Amma əgər ailədə 5 uşaq varsa, həmin ailə sosial müavinət ala bilmir. Çünki “Sosial müavinətlər haqqında” qanunda 5-dən artıq uşaq sayı qeyd olunur. Ona görə də təklif ondan ibarətdir ki, 5 uşağı olan ailələr həm daha tez pensiyaya çıxsın, həm də o uşaqlara dövlət büdcəsindən uşaq sayı nəzərə alınmaqla müavinət ödənilsin”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mədinə
    Salam. Bizim əhali artıq 5 uşaq dünyaya gətirməkdə maraqlı deyil deyə nəzərə alınmalıdır. 3 və yaxud 4 uşaqlılar çox uşaq sayılmalıdır
    2 years ago
  • Elmar
    Salam heç bir yerdə işləmirəm anam ağır yanıq xəsarətləri alıb pensiya almir, 2 yaşlı, başsız bibim mənlə qalır. Olarda pensiya almir, çıxılmaz vəziyyətdə qalmışam xahiş edirəm mənə köməklik edəsiniz.
    2 years ago
  • Aygün
    Dehşət.! 5 usaq olan aile var görəsən ?Pensiya yaşini azaldın ətrafımda ,qohumlarımda necə ailə var 45 i keçib ne kişi ne qadın işləmir ,yazıq güclə böyüdüb başa çatdırdıqları uşaqlari bilmirlərki yaşları keçir evləndim yoxsa ata anaya baxsın.Evlerde yoxdur gece gündüzləri yoxdur zulumle yaşayır hamı
    2 years ago
  • Nilufer
    Məni 3 evladim var Yoldaşim 2ci qurup əlildi özümdə uağa baxdiğma görə işləyə bilmirəm 220 m necə dolanim 8 yaşina çatmamiş uşağa yardim ala bilərəm ?
    2 years ago
  • FATMA
    Salam menim iki uşaqim var baldızım yoldaşım Qaynanam hektarda işlemirik maiş pensiya yox dolana bilmirik nekedefe müraciət etmişik sosyal düzəldə bilmirem nege dolanım sabah uşaq katan kimi deyirler uşaq vetenindi devletinidi be niye devlet uşaqa baxmır sabah əsgərə gedegey bu uşaq ne olar komey edesiz,
    2 years ago
  • FATMA
    Salam menim iki uşaqim var baldızım yoldaşım Qaynanam hektarda işlemirik maiş pensiya yox dolana bilmirik nekedefe müraciət etmişik sosyal düzəldə bilmirem nege dolanım sabah uşaq katan kimi deyirler uşaq vetenindi devletinidi be niye devlet uşaqa baxmır sabah əsgərə gedegey bu uşaq ne olar komey edesiz,
    2 years ago
  • FATMA
    Salam menim iki uşaqim var baldızım yoldaşım Qaynanam hektarda işlemirik maiş pensiya yox dolana bilmirik nekedefe müraciət etmişik sosyal düzəldə bilmirem nege dolanım sabah uşaq katan kimi deyirler uşaq vetenindi devletinidi be niye devlet uşaqa baxmır sabah əsgərə gedegey bu uşaq ne olar komey edesiz,
    2 years ago
  • KHALIL
    salm.bes.azerbaycanda.3.uc.uwaqa.hecne.duwmur.wexsen.menim.ozum.hec.yerde.iwlemirem.heyet.yoldawim.iwlemir.sosial.yardim.almiram.bes.bize.hansi.devlet.komeklik.gostermelidir.biz.kime.muraciet.edek.kimnen.komeklik.gozleyek.
    2 years ago
  • Efsane
    Men 6 aydi sosiala muraciet etmisem. Her defede gelib hec ne demirler,gedibatqaz edirler. Menim az yasli usaqim var. Islemirem. Iki oqul anasiyam. Qohum evinde qaliram.Sosial yardim kime dusur maraqlidi.Imkani olan sosiyal yardim alir. Menim imkanim yoxdu ama almiram.Xais edirem komek edesiniz. Bes men geleceye 2 esger boyudurem. Men nece boyudum ,dovletin imkanindan imkanlilar istifade edir.Bizim kimi kasib tebeqe ala bilmir.Demokratik olkede yasayiram.Amma mene komeklik yoxdu.Gelen yoxlamalarda ele aciqli cavab verirler ki,sanki ciblerinden pul isdeyirik. Sorusuram ne sehvdi deyin duzeldek.Cavabsiz cixirlar 2 gun sonra imtina cavabi gelir.
    2 years ago