“SAFORA” su şirkəti ilə bağlı ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“SAFORA” su şirkəti ilə bağlı ŞOK İDDİA

Xalqın səsi

18 Sentyabr 2026 09:39 94


Sosial şəbəkələrin "Müştəriyəm şikayətim var" qrupunda Dəyanət Babayev adlı istifadəçi "SAFORA" su şirkəti və onun rəhbərliyi barədə ciddi ittihamlar səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, şikayətçi şirkətin onlayn operator vakansiyaları vasitəsilə vətəndaşları aldatdığını iddia edir.

Paylaşılan məlumatda bildirilir ki, şirkət elan saytlarında operator vakansiyaları yerləşdirərək müəyyən aylıq məbləğ qarşılığında şəxslərlə razılığa gəlir. Lakin ayın sonunda müxtəlif bəhanələrlə işçiləri əlavə 5-10 gün də çalışdırdıqdan sonra onların əlaqə nömrələrini bloklayırlar. pizza hut

İddiaya görə, bu üsulla uşağı bağçaya gedən və sosial vəziyyəti ağır olan bir xanım da daxil olmaqla, onlayn çalışan bir neçə şəxsin əməyi mənimsənilib və zəhməthaqları ödənilməyib.

Şikayətçi qeyd edib ki, özünü şirkətin müdiri kimi təqdim edən şəxs müxtəlif adlardan (Əli, Məhəmməd) istifadə edir və əlaqə nömrələrini tez-tez dəyişir.  D.Babayev vətəndaşları bu cür onlayn iş elanlarına qarşı diqqətli olmağa və dələduzluq qurbanı olmamağa çağırıb.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!