YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Şagird döyülən məktəbdə valideynin etdiyi hərəkət gündəm oldu - Video

Şagird döyülən məktəbdə valideynin etdiyi hərəkət gündəm oldu - Video

Sosial

06 Oktyabr 2022 09:51 2999


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə məktəbdə bir şagirdin digərinə fiziki zorakılıq tətbiq etməsinin görüntüləri yayılıb.

Video yayıldıqdan sonra məsələ ilə bağlı tədbirlər görülüb, şagirdlərlə maarifləndirmə söhbətləri aparılıb. Həmin hadisə ilə bağlı aparılan çəkilişlərdən birində direktor vəzifəsini icra edən Lətifə Musayevə açıqlama verərkən kadr arxasında dayanan valideynlərdən birinin şagirdi müxtəlif jest və mimikalarla hədələdiyi görüntülərə yansıyıb.

Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bir qrup məsələyə yumorla yanaşarkən, digər bir qrup bənzər hərəkətlərin şagirdlərin psixologiyasını pozduğunu bildirib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!