Şagird müəllimi niyə döydü? – “Qarışıqlıq salmaq istəyən qüvvələr var”

saytların hazırlanması

Evə çatdırılma

Şagird müəllimi niyə döydü? – “Qarışıqlıq salmaq istəyən qüvvələr var”

Sosial

09 Aprel 2022 11:32 1247


“Bu cür hallar orta məktəbdə mütamədi olaraq baş verir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev deyib.

Millət vəkili ötən gün Nardaranda 10-cu sinif şagirdinin müəllimi döyməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sezar pizza

Ekspertin sözlərinə görə, bu səpkili hərəkətlərin qarşısının alınması üçün müəyyən işlər görülür:

“Hər hansı bir işlək qurumun formalaşması üçün müəyyən tədbirlər və dinləmələr həyata keçirilir, lakin bu hadisələr göstərdi ki, valideyn-məktəb assosiasiyası özünü doğrultmur. Daha çevik bir qurumun layihəsi üzərində işlənilir ki, məktəbdə bu cür hallar baş verməsin.

Bu gün məktəbin problemi nədən ibarətdir? Bu günkü məktəbin informasiya cəmiyyətində əsas problemlərindən biri müəllimlərin apara biləcəyi və yaxud da müəllimə məxsus olan tərbiyəetmə funksiyasından müəllimin imtina etməsidir. Yəni müəllim həm tərbiyə verməlidir, həm də bilik. Bunlar bir-biri ilə qoşa qanad təşkil etməlidir”.

E. Əliyev onu da vurğulayıb ki, bu gün məktəblərdə bu cür halların baş verməsinin əsas səbəblərindən biri dərsdən kütləvi yayınmalardır:

“Dərsdən kütləvi yayınma psixoloji tərəfdə xeyli özünü göstərir. Yəni şagird məktəbdən yayınıb müəyyən müddətdən sonra məktəbə qayıdırsa, onda o, sanki yeni bir situasiyaya düşür və burada tamamilə özünü fərqli şəkildə aparır. Biz məktəb psixoloqlarını da deyirik, amma məktəb psixoloqlarının sayının az olması ilə yanaşı onların səriştələrinin də azlıq təşkil etməsinin burada böyük rolu var. Ancaq biz bunu nə qədər söyləsək də, hələlik məktəb psixoloqlarının nəslini yetişdirə bilmirik. Çünki bunu yetişdirə biləcək ali təhsil müəssisəslərinin proqramlarında və təhsildə ciddi qüsurlar var. Bir də bu ixtisası seçən aburiyentlər çox cüzi balla həmin ixtisasa daxil olurlar. Ona görə də məktəb psixoloqları ordusunun durumu da çox pisdir”.

“Amma bütün bunlarla yanaşı məktəbdə bu gün keyfiyyətli təhsil mühitinin yaranması və qorunması üçün bütün cəmiyyət çalışmalıdır. Bəli, mən bir məsələni də deyim ki, məktəblərdə qarışıqlıq salmaq istəyən müəyyən qüvvələr də var. Onlar istəyirlər ki, məktəb qarışsın və həmişə məktəblə cəmiyyət arasında qarşıdurmalar olsun. Bunun üçün müəllimdən tutmuş cəmiyyətin bütün üzvlərinə qədər, hətta valideynlər qarışıq bu kimi neqativ halların aradan qaldırılmasına hər kəs yardımçı olmalıdır”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!