2026–2027-ci tədris ili üzrə X sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə avqustun 27-dən başlanılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, elektron yerdəyişmə prosesi avqustun 27-si saat 15:00-dan etibarən başlayacaq. Şagirdlərin yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Toyuqlu pizza
Qeyd edək ki, avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə II–IX və XI sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi də davam edir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Aytac Əliyeva
Telegram kanalımız