Şagirdləri üzüqara edən “2”: Təhsildəki uğursuzluğa səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

Şagirdləri üzüqara edən “2”: Təhsildəki uğursuzluğa səbəb nədir?

Sosial

20 İyun 2022 13:46 1384


Son illər 9-cu sinif şagirdlərinin buraxılış imtahanının nəticələri ürəkaçan deyil. İmtahana qatılan 9-cu sinif şagirdlərini 60 faizdən yuxarısı riyaziyyatdan "2" və "3" alır.

Bəs görəsən, burada qidaların hər hansı rolu var?

Ola bilərmi ki, məktəblilər yaxşı qidalanmadıqlarına görə təhsildə uğursuzıuğa düçar olurlar? Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan dietoloq Məhsəti Hüseynova şagirdlərin aşağı nəticələr göstərməsinin əsas səbəblərindən birinin məhz qidalanma olduğunu deyib:

“Paketlənmiş qidaların, qazlı içkilərin tərkibində monosodyum qlutamat, monopotasyum qlutamat var ki, bu da əqli inkişafın geriləməsinə, yaddaşın zəifləməsinə, gələcəkdə alzaymerə səbəb olan əsas məqamlardan biridir. Nəzərə alsaq ki, bu gün uşaqların əksəriyyəti bu cür qidalanır, nəticələr o qədər də təəccüblü deyil. Ən təhlükəli məqam isə odur ki, xüsusilə birinci növbə oxuyan məktəblilər səhər normal yeməklə qidalanmır, gedib məktəbdə 11-12 arası əllərinə keçən, içi kimyəvi qatqı maddələri ilə dolu paketli qidaları yeyirlər. Yaxud unlu məhsullarla qidalanırlar, bu da uşaqlarda mərkəzi beyin sisteminin inkişafına  mane olur, hətta bu cür qidalanmaq beyinin inkişafının geriləməsinə də səbəb olur. Riyaziyyat da dəqiq elmlərdən biri olduğu üçün bu sahədə imtahanlarda problem özünü daha çox göstərir. Təhsil sistemindəki test sisteminin də burada rolu var, şagirdlər təməlli biliyə deyil, əzbərçiliyə alışırlar”.

Dietoloq bu kimi halların qarşısının alınması üçün valideynlərin övladlarının qidalanmasına ciddi yanaşmalı olduğunu qeyd edib:

“Bu halların qarşısının alınması üçün birinci növbədə omeqa-3lə zəngin olan qidalar qəbul edilməlidir. Bundan əlavə beyinin inkişafı üçün karbohidrat və şəkər vacibdir, lakin burada söhbət faydalı şəkərdən gedir, şirniyyatlar nəzərdə tutulmur. Quru meyvələrin, mövsümi meyvələrin tərkibində olan şəkər mütləq günlük şəkildə orqanizmə qəbul olunmalıdır. Burada səhər yeməyi də çox vacibdir. Yaxşı olar ki, uşaqlara səhər yeməyində yumurta, yağ, pendir, bal və hər kəsin bir ovucunu keçməyəcək qədər çərəzlərdən verilsin. Xüsusilə, qoz, fındıq və badam əqli inkişaf üçün faydalıdır. Bu çərəzlər həm yaddaşı gücləndirir, həm də orqanizmdə yod, kalsium və digər çatışmazlıqların ardan qaldırılmasına kömək olur. Bu cür qidalananda gün ərzində yorğunluq, halsızlıq, məktəblilərin tez-tez gileyləndiyi diqqətsizlik aradan qalxır”.

Əsmətxanım RZAZADƏ  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!