Sahibə Qafarova Afrika qitəsinə səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Afrika qitəsinə səfərdədir

Siyasət

28 İyul 2026 15:43 77


Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə rəsmi səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar. pizza hut

Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!