Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın prezidenti postuna namizədliyi irəli sürülüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Joqorku Keneşin (parlament) vitse-spikeri Bolot İbrahimovla görüşündə danışıb.
Hazırda Parlamentlərarası İttifaqın prezidenti Tanzaniya parlamentinin spikeri Tuliya Eksondur. O, 2023-cü il oktyabrın 27-də vəzifəsinin icrasına başlayıb, onun səlahiyyətləri 3 illik müddətə nəzərdə tutulub. Sezar pizza
Telegram kanalımız