Mahmud Əhmədinejadın ofisi "New York Times" qəzetinin iddiaları ilə bağlı bəyanat yayıb.
"Yeni Sabah" xəbər verir ki, bəyanatda Əhmədinejad-İsrail əlqələri "tamamilə saxta" adlandırılıb.
"Hərbi təhdidlərdən qaynaqlanan siyasi həssaslıqdan istifadə edərək ictimai rəyi çaşdırmağa və onun geniş populyarlığını nəzərə alaraq bütün nəcib İran xalqına qarşı psixoloji müharibə aparmağa çalışıb", - deyə ABŞ nəşri haqqında rəy bildirilib. pizza mizza
"Qəzetin nüfuzsuzluğu və təqdim olunan ssenarinin gülünclüyü onun ciddiyə alınmasına mane olub. Uğursuzluğunu kompensasiya etmək üçün saxta xəbərlər və yalanlar dərc etməsi ilə tanınan bu qəzet 55 gündən sonra yenidən eyni rüsvayçı ssenarini təklif edib və yalanların pis ağacına budaqlar əlavə etməklə problem yaratmağa çalışıb.
Ödəniş müqabilində bədnam və tanınmış elementlərdən saxta məqalələr və xəbərlər dərc etməyə hazır olan bu qəzet cənab Əhmədinejad ev dustaqlığında olduğunu iddia edib", - deyə bəyanatda qeyd olunub.
Xatırlatma: "New York Times" İranın sabiq prezidentinin Macarıstanda "Mossad" rəhbəri David Barnea ilə görüşdüyün və onun üçün hakimiyyətə qayıdış ssenarisinin hazırlandığını iddia edib.
Telegram kanalımız