“Hacı Şahin tərəfdarları “Facebook” səhifəmdə təlatüm yaratdılar. Onların içində ziyalılığa iddialı olanlar az deyildi. Sən demə Hacı filosofluq, oratorluq, alimlik, müdriklik mərtəbəsinə çatıbmış”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə professor Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, mərhum ilahiyyatçı Hacı Şahin elm xadimlərindən daha çox tanınır:
“Maraqlı bir təklifim var. Təxminən min nəfəri əhatə edən sorğu keçirin. Sualı belə qoyun. Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu? Pepperoni pizza
Tam əmin olun, Mirəsədulla Mirqasımovu barmaqla sayılan sayda adamlar tanıyacaq. Çünki onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir.
Mən mərhum Mirəsədulla Mir Ələsgəroğlunun adını elə- belə çəkmədim. Bu şəxsiyyət inanclı ailədə dünyada göz açıb. Onları heç bir qüvvə inancdan məhrum edə bilməyib.
Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyanın birinci prezidenti və Azərbaycanın tibb üzrə ilk elmlər doktoru elmi dərəcəsini qazanmış nəhəng həkimidir…”
Nazim Hacıyev
Telegram kanalımız