“Hollywood”da Vəfa Şərifovaya görə əlavə ödəniş müştəriləri qəzəbləndirdi

saytların hazırlanması

Evə çatdırılma

“Hollywood”da Vəfa Şərifovaya görə əlavə ödəniş müştəriləri qəzəbləndirdi

Sosial

14 İyul 2026 11:56 123


“Hollywood” restoranlar şəbəkəsi ilə bağlı şikayətlər artıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə bəzi müştərilər hesablarda səhvlik olduğunu, sifariş etmədikləri yeməklərin də qəbzə əlavə edildiyini iddia edirlər.

Belə şikayətlərin birində restoranın Novxanı filialında müğənni Vəfa Şərifovanın çıxışına görə əlavə 47 manat ödəniş tələb olunduğu iddiası yer alıb. pizza

Qonaqların bir qismi bu əlavə ödənişdən əvvəlcədən məlumatlı olsa da, bir çoxu vəziyyətdən bixəbər olduqlarını və bu halın onlarda narahatlıq yaratdığını qeyd edib.

“Hollywood” restoranlar şəbəkəsindən “Yeni Sabah”a verilən məlumata görə, həftəsonları müştəri sıxlığına görə bəzi texniki nöqsanlar yaşana bilər:

“Lakin belə hallar dərhal aradan qaldırılır”.

Adının çəkilməsini istəməyən restoran meneceri şou-proqram və müğənni çıxışı olan günlərdə hər müştəridən əlavə 47 manat ödəniş tələb olunduğunu təsdiqləyib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!